20:51
11°C
Bakı
"Roskomnadzor" Rusiyada məşhur oyun servisi "Roblox"a girişə məhdudiyyət qoyub.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Roskomnadzor"un Mətbuat Xidməti yayıb.
Qurum iddia edir ki, servisdə terrorizmin və ekstremizmin təbliği, həmçinin LGBT mövzusunun təbliği tapılıb:
"Aparılan monitorinq göstərib ki, platformada uşaqlara mənfi təsir göstərə biləcək çoxlu məzmun mövcuddur. Oyun otaqlarında və lokasiyalarda istifadəçilər terror aktlarında, məktəblərə hücumlarda və qumar oyunlarında iştirak edə bilərlər", - məlumatda bildirilir.