20:16
11°C
Bakı
Bir neçə gün əvvəl Tehranda "Müqəddəs Sarkis" erməni kilsəsinin yaxınlığında inşa edilən və xristian dini rəmzləri ilə bəzədilmiş yeni "Müqəddəs Məryəm" metro stansiyası rəsmi açılış mərasimi ilə istifadəyə verilib.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, açılış mərasimində Tehran şəhərinin meri Əlirza Zakani, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri, erməni millət vəkili Ara Şaverdyan və Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan iştirak ediblər.
Qeyd edək ki, stansiyanın adı ölkədəki erməni xristian icmasının şərəfinə seçilib. Yeni stansiyanın istifadəyə verilməsi erməni icmasına göstərilən xüsusi rəğbətin göstəricisi kimi qiymətləndirilir.