Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə döyüş gəmisi satıb
Dünya
140
19:10, Bu gün

Türkiyə ilk dəfə Aİ və NATO üzvü olan ölkəyə döyüş gəmisi satıb

Türkiyə tərəfi Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə döyüş gəmisi satışı müqaviləsini imzalayıb.

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla da Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı (Aİ) üzvü olan bir ölkəyə döyüş gəmisi satışı gerçəkləşdirib.

Belə ki, Türkiyə müdafiə sənayesinin ASFAT şirkəti keçən il inşası tamamlanan "Akhisar" gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığına ixracını uğurla həyata keçirib.

Qeyd edilib ki, bu anlaşma Türkiyənin müdafiə ixracatında önəmli bir mərhələ olmaqla yanaşı, iki ölkə arasındakı hərbi əməkdaşlığı da yeni bir səviyyəyə yüksəldir.

"Akhisar"ın Rumıniyanın inventarına daxil olması regional dəniz təhlükəsizliyinə töhfə verməklə yanaşı, Rumıniya Hərbi Dəniz Qüvvələrinin modernləşmə hədəflərinə də güclü dəstək təmin edəcək", - məlumatda vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər