Paşinyan: Koçaryan, Sarkisyan artıq rəqib deyillər, həm də çoxdan
Dünya
293
19:00, Bu gün

Paşinyan: Koçaryan, Sarkisyan artıq rəqib deyillər, həm də çoxdan

Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə danışmağı dayandırmağın vacibliyi bildirib.

Moderator.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu fikri parlamentdə hökumət saatı zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Narek Babayanın sualına cavab verərkən deyib.

“Əslində mən hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmağa heç nə qalmayıb. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur”, – o qeyd edib.

Paşinyanın sözlərin görə, lakin hakimiyyət mütəmadi təxribatlara məruz qalır.

“Biz gəlirik və saatlarla danışırıq: Robert Koçaryan, Serj Sarkisyan… Əgər 2021-ci ildə seçkilər olsaydı, məhz parlament müxalifəti hakimiyyətin dəyişməsi gündəmi ilə çıxış edərdi və müəyyən mənada hələ də siyasi rəqib sayıla bilərdi. Məncə, onlar artıq rəqib deyillər, çoxdan rəqib deyillər”, – Paşinyan əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər