Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub:
“Söhbət zamanı Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və bu məqsədə çatmaq üçün addımlar atmağa davam edəcəklərini bildirib”.
Türkiyə lideri qeyd edib ki, Ankara Ukrayna ilə Rusiya arasındakı müharibəyə ədalətli və davamlı bir sülhlə son qoymaq üçün əlindən gələni edir.
Eyni zamanda, Qafqaz, Qəzza zolağı və Suriyadakı son vəziyyət də müzakirə olunub.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.