Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır
Dünya
121
08:56, Bu gün

Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır

Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) ölkənin qlobal avtomobil bazarındakı payını açıqlayıb.
 
Moderator.az auto.ru-ya istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34,9% təşkil edib. Təkcə oktyabr ayına baxdıqda, Çinin payı ötən ilin eyni ayı ilə müqayisədə 1% artaraq, 38%-i keçib.
 
Yanvar-oktyabr ayları arasında dünyada 79,25 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 6% çoxdur. Çində eyni dövrdə 27,65 milyon avtomobil satılıb ki, bu da 12% artım deməkdir. Müqayisə üçün, ilk 10 ayda ABŞ-də 13,88 milyon, Hindistanda 4,56 milyon, Yaponiyada 3,86 milyon və Almaniyada 2,61 milyon avtomobil satılıb.
 
Dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından BYD altıncı, "Geely" səkkizinci, "Chery" isə onuncu yerdə qərarlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər