Dünya
99
23:30, Bu gün

"ABŞ-İran qarşıdurması yenidən qızışır: Vaşinqtonun üç tələbi Tehranı hiddətləndirib" - "İran İnternational"

"Bu, danışıqlar üçün deyil, bizim aradan qaldırılmağımız üçün ilkin şərtlərdir..."

Dekabrın 1-də İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Moctaba Zolnuri dövlət mediasına verdiyi müsahibədə bildirib ki, Donald Tramp Tehranla danışıqları bərpa etmək üçün Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanı vasitəçi kimi istifadə edib.

Moderator.az xəbər verir ki, bu barədə "İran İnternarional" nəşri məlumat yayıb.

Şərtlər və gizli mesaj

Onun sözlərinə görə, ABŞ İran qarşısında üç sərt tələb qoyub: uranın zənginləşdirilməsinin tam dayandırılması, regiondakı İranpərəst silahlı qruplara dəstəyin kəsilməsi, ballistik raket proqramının məhdudlaşdırılması.

Tehran bu şərtləri "qəbuledilməz və icra olunmaz" adlandırıb. Zolnuri bildirib: "Bu, danışıqlar üçün deyil, bizim aradan qaldırılmağımız üçün ilkin şərtlərdir. Belə yanaşma ilə heç bir razılaşma mümkün deyil". Rəsmi Tehran hesab edir ki, ABŞ yalnız real qarşılıqlı güzəştlərə hazır olduğu təqdirdə dialoq mümkündür.

Diplomatik narazılıq və mesajların tonu

Zolnuri çıxışının sonunda ABŞ-ı ikiüzlü siyasətdə ittiham edərək bildirib: "Əgər regionda bizim təsirimizi zəiflətsələr, daha qısa müddətdə bizə hökmranlıq etməyə çalışacaqlar. Siz İsraili dəstəkləməyi dayandırsanız, o özü dağılacaq və biz heç kimi dəstəkləmək məcburiyyətində qalmayacağıq".

Son günlər İran rəhbərliyi açıq şəkildə Vaşinqtonun mövqeyinə qarşı sərtləşib. İranın ali lideri ayətullah Əli Xamenei televiziya müraciətində ABŞ-ın Ukraynada öz müttəfiqlərini belə qoruya bilmədiyini iddia edib. Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı Yaponiya XİN rəhbəri Toşimitsu Moteqi ilə danışıqlarda bildirib ki, etimadı bərpa etmək üçün ilk addımı ABŞ atmalıdır.

Tokio isə tərəfləri danışıqlara qayıtmağa və İranın beynəlxalq atom nəzarət orqanı - MAQATE ilə tam əməkdaşlığını bərpa etməyə çağırır. Bu diplomatik qarşıdurma fonunda bölgədə gərginlik bir daha göstərir ki, İran və ABŞ arasında həm hərbi, həm siyasi səhnədə yeni mərhələ başlaya bilər - ya dialoqla, ya da toqquşma ilə.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər