ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir.
Moderator.az xəbər verir ki, Tramp bu barədə bu gün Oval kabinetdə keçirdiyi iclasda danışıb.
"Bildiyiniz kimi, Rusiya ilə Ukrayna arasında həll etməyə çalışdığı müharibə ilə bağlı problemimiz var. Artıq həmin müharibədə maliyyə cəhətdən iştirak etmirik. Bayden 350 milyard dolları konfet kimi paylayıb. Bu, böyük bir pul yığınıdır. Bunun çox hissəsi nağd, əhəmiyyətli hissəsi isə avadanlıqdır. Mən heç nə paylamıram. Biz NATO-ya avadanlıq satırıq. Avropa ölkələri bizə avadanlığın dəyərinin 100%-ni ödəyir və sonra onu Ukraynaya gətirirlər və ya istədiklərini edirlər. Amma biz bu vəziyyəti həll etməyə çalışırıq. Mən səkkiz müharibəni həll etmişəm. Bu, doqquzuncu müharibə olacaq", - Tramp bildirib.