22:49
13°C
Bakı
"Ukraynanın Rusiyadan Gürcüstana günəbaxan yağı apararkən hücuma məruz qalan "Midvolqa-2" tankeri ilə bağlı hadisədə iştirak etməyib".
Moderator.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bunu sosial mediada yazıb.
"Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur və biz Rusiya təbliğatının irəli sürdüyü hər hansı bir ittihamı rəsmi olaraq təkzib edirik", - Tixiy bildirib.
Bundan əlavə, o qeyd edib ki, bütün bu hücumları Rusiya tərəfi özü təşkil edib.
Xatırladaq ki, "Midvolqa-2" ilə yanaşı, ötən günlərdə Qara dənizin Türkiyə sahillərində sanksiya tətbiq edilmiş iki tanker alovlanıb. Bəzi mənbələr bunu Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı adlandırıb.