Dünya
151
21:50, Bu gün

"Çeçenistanda gecə hücumları: "Ahmat" alayı və FTX hədəfdə" -

"Çeçenistan və digər bölgələrdə dron hücumları təhlükəsizliyi sarsıdır..."

2 dekabr gecəsi Çeçenistan ərazisində gərgin hadisələr baş verib. Kadırovun "krallıq-dövləti"ndə qorxulu gecə yaşanıb.

Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.

Güclü partlayışlar və FTX binasına hücum

Yerli sakinlərin məlumatına görə, Açxoy-Martan rayonunda FTX binasına dron hücumu edilib. Hələlik rəsmi açıqlama verilməyib. Eyni gecə dronlarla Qudermes şəhərindəki "Ahmat" alayının yerləşdiyi yerə hücum edilib. "Ahmat" alayı Ramzan Kadırovla bağlı müxtəlif xüsusi təyinatlı bölmələrin ümumi adıdır.

Bunların arasında 2022-ci ildə yaradılmış könüllü "Ahmat" xüsusi təyinatlı dəstəsi, "Rosqvardiya"nın tərkibindəki "Ahmat" çevik xüsusi dəstəsi, Ahmat Kadırovun adına polis xüsusi təyinatlı dəstəsi və "Şimal-Ahmat" 78-ci motorlu xüsusi təyinatlı alay var. 

Hədəfin hansı bölmə olduğu dəqiq məlum deyil. Rusiya Müdafiə Nazirliyi bildib ki, ümumilikdə 45 pilotsuz uçuş aparatı məhv edilib, o cümlədən Çeçenistan üzərində dörd dron zərərsizləşdirilib. Ramzan Kadırov hadisə barədə hələ açıqlama verməyib.

Rusiya ərazisinin digər regionlarında partlayışlar

Həmin gün Orlov vilayətində, Livn şəhərində neft bazasında yanğın baş verib. Dağıstanın Kaspiysk şəhərində də dron hücumu nəticəsində dəniz piyadası və sahil mühafizəsi bölmələrinin yerləşdiyi hərbi-dəniz bazası hədəfı alınıb.

Son həftələrdə Rusiya dəmir yollarında da bir neçə partlayış qeydə alınıb. Noyabrın 20-də Qərbi Sibirdə dəmir yolu zədələnib, noyabrın 28-də isə Bryansk vilayətində "Uneça" stansiyasında yanacaq çənləri partladılıb və infrastruktur zədələnib.

Bu hadisələr göstərir ki, Çeçenistanla məhdudlaşmayan hücumlar Rusiya ərazisinin müxtəlif bölgələrində təhlükəsizlik vəziyyətini gərginləşdirir və ölkənin hərbi obyektlərini hədəfə çevirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər