ABŞ-nin "Apple" texnologiya şirkəti maşın təlimi və süni intellekt texnologiyalarının inkişafı strategiyaları üzrə vitse-prezident Con Cannandreanın vəzifəsindən getdiyini elan edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə şirkətin press-relizində məlumat verilib.
2018-ci ildə "Apple" şirkətinə gələn Con Cannandrea 2026-cı ilin yazında birdəfəlik ayrılacaq. O vaxta qədər o, şirkətin məsləhətçisi vəzifəsində çalışacaq. Con Cannandreanın işdən getməsinin səbəbləri açıqlanmır.
İyul ayında şirkətə qoşulan süni intellekt tədqiqatçısı Amar Subramanya süni intellekt üzrə vitse-prezident təyin edilib və baş vitse-prezident Kreyq Federiqinin rəhbərliyi altında işləyəcək. Subramanyanın rəhbərliyi altında "Google" özünün "Gemini" adlı çatbotunu hazırlayıb.