Husilər Qırmızı dənizdə batmış yük gəmisinin doqquz filippinli ekipaj üzvünü azad etməyə hazırlaşırlar.
Moderator.az-ın "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.
Dənizçilər iyul ayında bir neçə gün ərzində batırılan iki kommersiya gəmisindən biri olan Liberiya bayrağı altında üzən Eternity C-nin ekipaj üzvləri idilər. O zaman husilər gəmiyə hücumu əks etdirən video yayımlamış, ekipajın bir hissəsini xilas etdiklərini və onları təhlükəsiz yerə çatdırdıqlarını bildirmişdilər.
Filippin Xarici İşlər Nazirliyi Omandan, Qırmızı dənizdə husilər tərəfindən saxlanılan Eternity C-nin doqquz filippin dənizçisinin azad ediləcəyi barədə məlumat alıb. Bəyanatda qeyd olunur ki, dənizçilər əvvəlcə husilər tərəfindən nəzarət edilən Yəmənin paytaxtı Sanadan Omana aparılacaq, sonra isə evlərinə qayıdacaqlar.
Qurum əlavə təfərrüatlar açıqlamayıb.