Putin Ukraynanı dənizlə əlaqəsini kəsməklə hədələdi
Dünya
277
20:20, Bu gün

Putin Ukraynanı dənizlə əlaqəsini kəsməklə hədələdi

"Rusiya Qara dənizdəki tankerlərə edilən son hücumlara cavab olaraq Ukraynanın dənizlə əlaqəsini kəsə bilər".

Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə danışıqlardan əvvəl jurnalistlərə bildirib.

O həmçinin Moskvanın zərbələr üçün hədəflərin nomenklaturasını genişləndirəcəyini və Ukraynanın Qara dənizdə tankerlərinə hücum etməsinə kömək edən ölkələrin gəmilərinə qarşı tədbirləri nəzərdən keçirəcəyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də sə "Midvolga" tankeri hücuma məruz qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər