Ukraynadakı Fransa özəl hərbi şirkətləri Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək
Dünya
214
20:00, Bu gün

Ukraynadakı Fransa özəl hərbi şirkətləri Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək

Fransanın Ukraynada özəl hərbi şirkətlərinin mövcudluğu Rusiya tərəfindən Parisin Moskvaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı kimi nəzərdən keçiriləcək və bu özəl şirkətlər Rusiya Silahlı Qüvvələrinin əsas qanuni hədəfinə çevriləcək.

Moderator.az bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosundan məlumat verilib.

Xarici Kəşfiyyat Xidməti Fransa hökumətinin 31 oktyabr 2025-ci il tarixli 2025-1030 nömrəli fərmanına diqqət çəkib. Bu sənəddə özəl hərbi şirkətlərin hərbi əməliyyatlarda iştirak edən üçüncü tərəfə kömək etmək məqsədilə istifadə edilməsi imkanından bəhs edilir. Bu, Parisin Ukrayna münaqişəsində iştirak etmək üçün yollar axtarmağa davam etdiyini göstərir.

"Hətta təcrübəsiz bir avropalıda belə hansı ölkədən bəhs edildiyi şübhə doğurmur", - deyə mətbuat bürosu qeyd edib.

Xarici Kəşfiyyat Xidmətinin bildirdiyinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri və mövcud "F-16"lar Rusiya hava hədəflərinin qarşısını almaqda çətinlik çəkirlər.

"Miraj" və digər texniki vasitələrin mənimsənilməsi vaxt və yüksək kvalifikasiya tələb edir. Bunun üçün də Kiyevin müasir Qərb, ilk növbədə də Fransa silahları ilə təchiz olunmuş xarici özəl hərbi şirkətlərə ehtiyacı olacaq", - deyə yayılmış bəyanatda bildirilib.

Xarici Kəşfiyyat Xidməti vurğulayıb ki, Paris özünü aldatmamalıdır və hesab etməməlidir ki, bununla öz əl-qolunu açır və eyni zamanda, öz hərbçilərinin münaqişədə iştirakına görə məsuliyyətdən yayınır. "Referens-operatorlar" (Fransa fərmanında özəl hərbi şirkətlər məhz bu ad altında təsvir olunurlar) Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər