19:30
13°C
Bakı
İsrail hərbçiləri Qəzza zolağından daha bir girovun meyitini təhvil alıblar.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisindən bildirib.
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail Qəzza zolağı ərazisində həlak olmuş girovun meyitinin olduğu tabutu təhvil alıb", - bəyanatda deyilir.
Yaxın vaxtlarda meyitin qalıqları şəxsiyyətin müəyyən edilməsi üçün İsrail ərazisinə aparılacaq.