İsveç hökuməti Ukraynaya 1,1 milyard kron (təxminən 100 milyon dollar) məbləğində yeni yardım paketi təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə “Sweden Herald” İşveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İsveçin beynəlxalq inkişaf əməkdaşlığı naziri Benjamin Dousanın sözlərinə görə, ayırılan vəsaitlər əsasən ölkənin qış dövründə enerji ehtiyaclarını ödəməyə kömək etmək və dövlət xidmətlərini göstərmək qabiliyyətini gücləndirmək üçün istifadə olunacaq.
Nazir bildirib ki, Rusiya mülki infrastruktur obyektlərinə hücumlarını gücləndirdikcə, əksər ukraynalılar işıq, istilik və susuz qalmaq riski ilə üzləşir.
“Son həftələrdə bu hücumlar daha da artıb. İndi temperatur düşməyə başlayarkən, bu, 2022-ci ildən bəri ən ağır qışa çevrilmə riski yaradır”, - Dousa bildirib.