Rusiya ordusu Ukraynanın qaz infrastrukturuna dağıdıcı zərbə endirib
Dünya
102
18:51, Bu gün

Rusiya ordusu Ukraynanın qaz infrastrukturuna dağıdıcı zərbə endirib

Rusiya ordusu dünən və bu gün pilotsuz uçuş aparatları ilə Ukraynanın qaz infrastrukturuna kütləvi hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə “Unian“ Ukraynanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya dronları qazın hasilatı və saxlanması ilə məşğul olan obyektlərə zərbə endirib. Hücum zamanı xəsarət alanlar olmasa da, obyektlərdə ciddi dağıntılar var.

“Xilasetmə və operativ xidmətlər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışır”, – məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər