Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib
Dünya
53
18:20, Bu gün

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib.

Moderator.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bununla bağlı özünün “X” hesabında açıqlama yayıb.

“Ukraynanın bu insidentə heç bir aidiyyəti yoxdur və biz Rusiya tərəfindən yayılan bu cür ittihamları rəsmi olaraq rədd edirik”, - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Türkiyə Dənizçilik Baş İdarəsi Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirildiyi barədə məlumat yayıb. Rusiya hakimiyyəti iddia edir ki, “Midvolqa 2” gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər