Bu il Çexiyada 2 880 nəfərə hepatit A diaqnozu qoyulub.
Moderator.az xəbər verir ki, bu barədə CTK agentliyi Dövlət Tibb İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən xəstəliyə yoluxma halları ötən illə müqayisədə 20 dəfə çoxalıb. Bu, 1984-cü ildən bəri qeydə alınan ən yüksək xəstəliyə yoluxma halıdır.
Çexiyada 2024-cü ildə 636 hepatit A xəstəliyi qeydə alınıb. Ötən il sözügedən xəstəlik iki nəfərin ölümünə səbəb olub. Bu il hepatit A 31 sakinin həyatına son qoyub.
Yoluxmuşların 40 faizindən çoxu Praqadadır. Paytaxt rəsmiləri vəziyyəti yerli epidemiya kimi xarakterizə edir.
Bildirilir ki, bu il 220 mindən çox Çexiya sakini hepatit A peyvəndi alıb. Peyvəndlər Çexiyaya bir neçə ölkədən, o cümlədən Yunanıstan, Niderland və İsveçdən gəlib.
Hepatit A virusu sürətlə yayılan xəstəlikdir. İnkubasiya dövrü 50 günə qədər davam edir. Xəstəliyin çox vaxt simptomları müşahidə olunmur, yalnız həkim tərəfindən təyin edilən testlər vasitəsilə aşkarlanır.