Ukraynalı mer müavininin oğlunu Vyanada öldürdülər
Dünya
106
17:40, Bu gün

Ukraynalı mer müavininin oğlunu Vyanada öldürdülər

Ukraynanın Xarkov şəhərinin mer müavininin oğlu Danila Kuzmin Vyanada öldürülüb.

Moderator.az-ın Ukraynanın "Strana" nəşrinə istinadən verdiyi xəbərə görə, 21 yaşlı gəncin borca görə qətlə yetirildiyi ehtimal edilir.

Mer müavini Sergey Kuzminin oğlunun bir həftə əvvəl, noyabrın 25-də Avstriyanın paytaxtında itkin düşdüyü bildirilir. Qeyd olunur ki, Ukrayna münaqişəsi başlayan zaman mer müavini bütün ailəsini ölkədən çıxarıbmış.

Mənbənin bildirdiyinə görə, qətl maliyyə səbəbləri ilə bağlı ola bilər. Belə ki, öldürülən şəxsin kriptopulqabısının boş olduğu ortaya çıxıb.

İlkin ehtimallara görə, oğlan bağlaya bilmədiyi borclarına görə öldürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər