17:50
13°C
Bakı
Avropa İttifaqının diplomatik xidmətinin keçmiş Baş katibi Stefano Sannino Belçika polisi tərəfindən saxlanılıb.
Moderator.az “L'Echo” qəzetinə istinadən xəbər verir ki o, polisin Aİ nəzdində fəaliyyət göstərən qurumlarda həyata keçirdiyi araşdırma çərçivəsində saxlanılıb.
Qəzetin yazdığına görə, Avropa Kollecinin direktor müavinin də polis tərəfindən həbs olunacağı gözlənilir.
Qeyd edək ki, artıq polisin saxladığı Avropa rəsmilərindən iki nəfərin şəxsiyyəti məlum olub.
Onlardan biri Stefano Sannino, digəri isə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş Ali Nümayəndəsi Federico Moqerinidir.