17:12
13°C
Bakı
HƏMAS israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verir.
Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, HƏMAS girovlardan birinin meyitini BQXK-ya təhvil verir.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu BQXK-nin İsrailə Qəzza zolağından naməlum tapıntılar təqdim edəcək.
Bu tapıntıların laboratoriya analizindən keçməsi üçün Tel-Əvivdə Əbu Kəbir institutuna göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Netanyahu “tapıntı” sözündən istifadə edib və “qalıq”, “meyit” sözlərindən istifadə etməyib. Bu isə İsrail mətbuatının marağına səbəb olub.