Ayətullah Əli Sistanidən İran hakimiyyətinə zərbə
Dünya
93
16:55, Bu gün

Ayətullah Əli Sistanidən İran hakimiyyətinə zərbə

Son günlər İraqda yaşayan məşhur ruhani və şiələrin mərcai təqlidi kimi tanınan ayətullah Əli Sistaninin verdiyi bir fətva İranda qalmaqal doğurub.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti süjetdə deyilir.

Qeyd olunur ki, din xadiminin açıqlamaları onun öz saytının ərəb versiyasında yayımlandıqdan sonra diqqət çəkib.

Ardıcıllarından birinin bəzi islam ölkələrində hökumətin məsciddəki camaat imamlarına aylıq maaş verməsi barədə sualı cavablandıran ayətullah deyib:

"Biz möminlərə məsləhət görürük ki, hökumətdən maaş alan bir şəxsin arxasında namaz qılmasınlar. Bu, onları tənqid etmək və ya dürüstlüklərini şübhə altına almaq demək deyil. Onun üçündür ki, həmin vəzifələrin və onları tutan şəxslərin mövqelərinin hətta gələcəkdə də hökumətin hər hansı mümkün müdaxiləsindən tam azad olunmasına təminat verilsin".

İranda 80 mindən çox məscid var və onların imamları maaşla yanaşı, həm də hökumətdən xüsusi imtiyazlar alırlar. Bu onları ruhanidən daha çox, hökumət məmuru statusuna yaxınlaşdırır. Tehranın cümə imamı ayətullah Kazım Siddiqinin korrupsiyada ittiham olunduğunu da nəzərə alsaq, Ə.Sistaninin açıqlamalarının yaratdığı ajiotaj təəccüb doğurmur.

Daha ətraflı - videosüjetdə:

 

Link kopyalandı!
Son xəbərlər