Almaniya XİN rəhbəri: Ukrayna ağrılı güzəştlərə getməyə məcbur ola bilər
Dünya
94
16:50, Bu gün

Almaniya XİN rəhbəri: Ukrayna ağrılı güzəştlərə getməyə məcbur ola bilər

Ukrayna referendumla nəticələnən ağrılı güzəştlərə getməyə məcbur ola bilər.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful ölkə mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın ərazi güzəştlərinə gedə biləcəyi ilə bağlı referendum keçirilmə ehtimalı var

“Diplomatiyanın vəzifəsi münaqişə tərəflərinin razılaşacağı kompromislərin ərsəyə gəlməsidir. Bu da öz növbəsində ağrılı güzəştlərə gedilməsinə səbəb olacaq. Əsas şərt budur ki, Ukraynaya Rusiyadan gələn hər hansı bir yeni təcavüzə qarşı müdafiəsiz qalmayacağına dair zəmanət verilsin”, - Almaniyanın xarici işlər naziri vurğulayıb.

Nazir Ukraynada sülh üçün indiyə qədər heç vaxt bu qədər böyük şansın olmadığını bildirib.

Link kopyalandı!
Son xəbərlər