16:52
13°C
Bakı
İlk Ermənistan-Aİ sammiti 2026-cı ilin mayında keçiriləcək.
Moderator.az “ArmenPress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Mirzoyan kemiriləcək sammitin əhəmiyyətini vurğulayıb və Kallasla İrəvanda görüşməyə can atdığını bildirib.
“Biz əməkdaşlığımızı strateji səviyyəyə yüksəltmişik və bu bizim ambisiyalarımızın limiti deyil. Martda Ermənsitanda parlamenti Aİ üzvlüyü ilə bağlı qanun qəbul edib. Ermənistan-Aİ əməkdaşlığı yeni fazaya daxil olur” , - Mirzoyan qeyd edib.