Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO iclasında iştirak edəcək
Dünya
114
15:44, Bu gün

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO iclasında iştirak etmək üçün Brüsselə gedəcək.
 
Bu barədə Moderator.az "TRT Haber"ə istinadən xəbər verir.
 
Məlumata görə, Hakan Fidan dekabrın 3-də Brüsseldəki NATO qərargahında keçiriləcək quruma üzv ölkələrin xarici işlər nazirlərinin iclasına qatılacaq.
 
İclas çərçivəsində Hakan Fidanın NATO-nun baş katibi Mark Rütte, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyası sədrinin müavin Kaya Kallas, Aİ-nin genişlənmə üzrə komissarı Marta Koss, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və bir sıra digər həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
 
NATO xarici işlər nazirləri iclası ötən ilin iyun ayında keçirilən Haaqa sammitinin nəticələrinin nəzərdən keçirilməsi və 2026-cı il 7-8 iyul tarixlərində Ankarada Türkiyənin ev sahibliyi ilə baş tutacaq NATO sammitinə hazırlıq mövzusunda xarici işlər nazirləri arasında ilk fikir mübadiləsi üçün imkan yaradacaq.
Link kopyalandı!
Son xəbərlər