Çernobılda yeni həyat forması tapıldı
Dünya
135
09:24, Bu gün

Çernobılda yeni həyat forması tapıldı

Ukraynada 1986-cı ildə qəza baş vermiş Çernobıl atom elektrik stansiyasının yerləşdiyi zona uzun illərdir insanlar üçün təhlükəli ərazi hesab olunur. Lakin bəzi orqanizmlər üçün bu yer ölüm hökmü deyil, əksinə yeni həyat məkanı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "ScienceAlert" portalı məlumat yayıb.
 
İnsanlar dağıntılarla dolu zonaya daxil olmaqda tərəddüd etsələr də, digər canlılar burada yaşamağa və mühitə uyğunlaşmağa davam edirlər. Onlardan ən diqqətçəkəni isə planetin ən radioaktiv binalarından birinin divarlarında aşkar edilən "Cladosporium sphaerospermum" adlı qara göbələkdir.
 
Ekstremal şəraitə baxmayaraq, bu göbələk təkcə sağ qalmır, həm də aktiv şəkildə inkişaf edir. Alimlərin ehtimalına görə, göbələyin tünd piqmenti olan melanin ionlaşdırıcı şüalanmanın enerjisini udub onu həyat prosesləri üçün istifadə edə bilər. Bu mexanizm rəsmi şəkildə "radiosintez" adlandırılır, lakin hələlik tam sübut olunmayıb.
Link kopyalandı!
Son xəbərlər