Oğulları hələ də onun
Dünya
129
00:22, Bu gün

Oğulları hələ də onun "Kevin" olduğunu bilmirlər

Məşhur aktyor Makoley Kalkinin 4 və 3 yaşlı oğulları (Dakota və Karson) dəfələrlə ataları ilə birlikdə “Evdə tək” (“Home Alone”) filminə baxsalar da, hələ də baş rolu məhz valideynlərinin ifa etdiyindən xəbərsizdirlər.

Moderator.az xəbər verir ki, bu barədə Makoley "Deadline"a müsahibəsində deyib:

“Mən bu filmi uşaqlarıma tez-tez göstərirəm. Təsəvvür edin, onlar heç başa düşmür ki, bütün bu müddət ərzində yanlarında oturan adam elə filmdəki "Kevin"dir. Sadəcə deyirlər, aha, bu "Kevin"dir". Gecə böyük oğlumu yatıranda ailə fotolarına baxmaq istədi və bir albom tapdım. O, dərhal bir fotoya baxıb dedi ki, bu oğlan "Kevin" kimi görünür. Bu kimdir? Cavab verdim ki, mənəm. Amma yenə də heç nəyi anlamaq istəmədi. Mən də düşündüm, əla, qoy belə olsun. Hələ tezdir. O sadəcə bilir ki, mən uşaqlıqda "Kevin"ə bənzəmişəm".

Aktyorun sözlərinə görə, oğulları bir gün hər şeyi anlayacaqlar, amma o, bu anı mümkün qədər gecikdirmək istəyir:

“Bir gün anidən onlar filmlə məni əlaqələndirəcəklər. Yəqin məktəbdə hansısa uşaq buna işarə edəcək, necə ki, uşaqlara Santa Klausun olmadığını deyirlər".

 

(Axşam.az)

Link kopyalandı!
Son xəbərlər