Silahlı atışma baş verdi: yaralılar var
Dünya
185
01 Dec 2025 | 23:55

Silahlı atışma baş verdi: yaralılar var

Türkiyənin Bursa şəhərinin Nilufər rayonunda kafedə silahlı atışma baş verib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki qrup arasında yaşanan silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər