00:22
15°C
Bakı
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) BBC telekanalının etirazçılara qarşı kimyəvi silah istifadəsi iddiası ilə bağlı reportajından sonra araşdırmaya başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə DTX-dən açıqlama verilib.
Qeyd edək ki, bundan əvvəl BBC Gürcüstan hökumətinin 2024-cü ildə etirazçılara qarşı Birinci Dünya Müharibəsindən qalan kimyəvi silahlardan istifadə etdiyi barədə reportaj dərc etmişdi.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası korporasiyanı yalan məlumat yaymaqda günahlandırıb və ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını açıqlayıb.