Pakistan-Əfqanıstan sərhəd danışıqları nəticəsiz qalıb
Dünya
253
21:40, Bu gün

Pakistan-Əfqanıstan sərhəd danışıqları nəticəsiz qalıb

Pakistan və Əfqanıstan nümayəndələrinin sərhəddəki vəziyyətin tənzimlənməsi ilə bağlı növbəti görüşü yenə də heç bir nəticə verməyib.

Moderator.az xəbər verir ki, bu barədə Dawn qəzeti mənbələrə istinadən məlumat yayıb.

Noyabrın 30-da Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə nəticələnməyib.

Mənbələrin məlumatına görə, tərəflər transsərhəd terrorizmi probleminin həlli üçün qarşılıqlı kompromisə getməkdən imtina ediblər.

Nəşr qeyd edir ki, danışıqlar zamanı Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətinin bərpası barədə təklifini Pakistan rədd edib.

Link kopyalandı!
Son xəbərlər