Rusiyanın noyabrda nəzarətə götürdüyü Ukrayna ərazisinin sahəsi açıqlandı
Dünya
274
21:20, Bu gün

Rusiyanın noyabrda nəzarətə götürdüyü Ukrayna ərazisinin sahəsi açıqlandı

Rusiya Silahlı Qüvvələri bu ilin noyabr ayında Ukraynanın 505 kvadrat kilometr ərazisini nəzarətə götürüblər.

Moderator.az bildirir ki, bu barədə məlumatı "DeepState" monitorinq layihəsinin analitikləri veriblər.

Məlumata görə, bu rəqəm sentyabrda Rusiya ordusunun nəzarət altına aldığı ərazinin sahəsindən iki dəfə çoxdur.

Qeyd edilir ki, rusiyalı hərbçilər noyabrda daha çox Zaporojye vilayətinin Qulyaypole şəhəri istiqamətində irəliləyiblər. İrəliləyişlərin 40 faizi bu istiqamətin payına düşüb.

Link kopyalandı!
Son xəbərlər