“Aşiq Şekspir”in ssenaristi 89 yaşında öldü
Dünya
269
20:30, Bu gün

“Aşiq Şekspir”in ssenaristi 89 yaşında öldü

Britaniyanın tanınmış dramaturqu, “Oskar” və “Qızıl Qlobus” mükafatlarının qalibi Tom Stoppard 89 yaşında dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, o, Dorsetdəki evində – ailə üzvlərinin yanında vəfat edib.

Qeyd edək ki, əsl adı Tomas Ştraussler olan Tom Stoppard 1937-ci ildə Çexiyada doğulub. İkinci Dünya müharibəsi zamanı alman işğalından sonra yəhudi ailəsi əvvəlcə Sinqapura, daha sonra Hindistana, oradan isə Böyük Britaniyaya köç edib.

Gələcək dramaturq təhsilini Yorkşir və Nottingemdə özəl məktəblərdə alıb. 17 yaşında məktəbdən xaric edildikdən sonra jurnalist kimi çalışmağa başlayıb.

Onun yaradıcılığında dönüş nöqtəsi sayılan “Rosencrantz and Guildenstern Are Dead” (“Rozenkrants və Qildenstern öldülər”) pyesi 1967-ci ildə Milli Teatrda səhnəyə qoyulub. Əsər Şekspirin “Hamlet”inin hadisələrini ikinci plandakı obrazların gözü ilə təqdim etməklə Stoppardı dünya şöhrətinə çıxarıb.

O, həmçinin “Aşiq Şekspir” filmi ilə yanaşı, 2012-ci ildə Kira Naytli və Cud Louyun baş rollarda yer aldığı “Anna Karenina” filminin ssenari müəllifi olub.

Tom Stoppard üç dəfə ailə qurub və ilk iki nikahından dörd övladı olub.

Link kopyalandı!
Son xəbərlər