Zelenski avropalı tərəfdaşlarla əsas prioritetləri müzakirə edib
Dünya
100
19:47, Bu gün

Zelenski avropalı tərəfdaşlarla əsas prioritetləri müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski avropalı tərəfdaşlarla əsas prioritetləri müzakirə edib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri Telegramda yazıb.

Ukrayna Prezidenti qeyd edib ki, görüşlərin formatı faydalıdır. Belə ki, Avropanın əhəmiyyətli bir hissəsi bir araya gəlib, bu da ümumi maraqların qorunmasına kömək edir:

“Müzakirələrdə Ukrayna, Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, Danimarka, Norveç, Niderland, Finlandiya, həmçinin Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının nümayəndələri və NATO-nun Baş katibi iştirak ediblər. Söhbət zamanı Ukrayna nümayəndə heyətinin ABŞ-la Floridadakı danışıqlarının nəticələrinə və Avropada gələcək görüşlərin hazırlanmasına toxunulub”.

Zelenski müharibənin layiqli şəkildə başa çatmasının, təhlükəsizlik təminatlarında tərəqqinin və Ukrayna və Avropanın dayanıqlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər