Kallas: Niderland və Ukrayna birgə dron istehsal edəcək
Dünya
42
19:10, Bu gün

Kallas: Niderland və Ukrayna birgə dron istehsal edəcək

Niderland və Ukrayna birgə pilotsuz uçuş aparatı (PUA) istehsalının təşkili haqqında saziş imzalayıb.

Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

"Niderland öz ərazisində hərbi istehsalı başlatmaq üçün bu gün Ukrayna ilə saziş imzalayıb", - K.Kallas qeyd edib.

Daha əvvəl Ukrayna və Niderland 250 milyon avro məbləğində əlavə maliyyə paketi haqqında saziş imzalayıb. Vəsait PURL təşəbbüsü çərçivəsində ABŞ-nin ehtiyatlarından hava hücumundan müdafiə, eləcə də F-16 qırıcıları üçün sursatların alınmasına yönəldiləcək.

Link kopyalandı!
Son xəbərlər