20:04
15°C
Bakı
Ukraynanın Dövlət Sərhəd Xidmətinə Prezident Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın ölkə ərazisindən çıxışına qadağa qoyulması barədə məktub daxil olub.
Moderator.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında yazıb.
"Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar", – deyə deputat qeyd edib.
Başqa detallar açıqlanmır.
Xatırladaq ki, noyabrın 28-də Andrey Yermak Ukrayna Prezidentinin Ofisi rəhbəri vəzifəsindən istefa verib. Ondan bir neçə saat əvvəl isə Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun müstəntiqləri onun evində axtarış aparıblar.