Makron Zelenski ilə görüşünü bir cümlə ilə şərh etdi - FOTO - VİDEO
Dünya
131
18:35, Bu gün

Makron Zelenski ilə görüşünü bir cümlə ilə şərh etdi - FOTO - VİDEO

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenskinin Parisə səfəri barədə tək bir cümlə ilə şərh verib.

Moderator.az-ın xəbərinə görə, o bu barədə özünün "X" hesabında paylaşım edib.

"Sülh naminə işlər davam edir", - deyə Fransa lideri Zelenski ilə çəkdirdiyi şəkli paylaşıma əlavə edərək yazıb.

 

 

Qeyd edək ki, dekabrın 1-də Volodimir Zelenski və həyat yoldaşı Yelena Makronla görüşmək üçün Fransaya gəliblər. KİV-in daha əvvəl xəbər verdiyi kimi, liderlər Ukrayna münaqişəsi ətrafında mövcud vəziyyəti və dayanıqlı sülhə nail olunması şərtlərini müzakirə edəcəklər. Danışıqlar Cenevrə danışıqları, ABŞ sülh planı və Avropa müttəfiqləri ilə koordinasiya kontekstində keçiriləcək.

Səfərdən əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, Prezident Volodimir Zelenskinin Parisə səfəri təsadüfi deyil və Fransa hər şeyin Ukraynada sülh və Avropanın təhlükəsizliyi naminə olmasını təmin etmək üçün bütün səylərini göstərir.

Link kopyalandı!
Son xəbərlər