19:46
15°C
Bakı
Ermənistanda müxalif deputat Artur Sarkisyan həbsdən azad edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Deputatın vəkili Aram Vardevanyanın sözlərinə görə, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəzləyib. O, 50 min ABŞ dollarından çox girov qarşılığında sərbəst buraxılıb.
“Hayastan” fraksiyasının nümayəndəsi və arxiyepiskop Baqrat Qalstanyanın tərəfdaşı olan Sarkisyan bu ilin iyul ayında “konstitusiya quruluşunu devirmək məqsədilə terror aktları hazırlamaqda” ittiham olunaraq həbs edilib.