Gürcüstan DTX BBC-nin yaydığı məlumatla bağlı istintaqa başlayıb
Dünya
125
18:21, Bu gün

Gürcüstan DTX BBC-nin yaydığı məlumatla bağlı istintaqa başlayıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC telekanalının yaydığı məlumatla bağlı araşdırmaya başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Araşdırmanın məqsədi BBC-nin istifadə etdiyi müsahibələrin hansı məlumatlara əsaslandığını, şəxslərin hansı faktlara istinad etdiyini və bu məlumatın nə dərəcədə aktual və etibarlı ola biləcəyini ətraflı şəkildə müəyyən etməkdir.

“Bu günə qədər yeganə müəyyən edilmiş fakt budur ki, dərc olunmuş material bir tərəfdən vətəndaşların həyatı və sağlamlığına qarşı yönəlmiş, onların və cəmiyyətin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan cinayət əlamətləri var, digər tərəfdən isə əksinə, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vuran və dövlət maraqlarına zərər vurmağa yönəlmiş cinayət əlamətləri var”, - məlumatda qeyd olunub.

İstintaqın vəzifə səlahiyyətlərindən sui-istifadə və xarici təşkilata düşmənçilik fəaliyyətinə kömək etmək maddələri üzrə aparılır.

DTX araşdırmanın bütün istiqamətlərdə davam edəcəyini və ictimaiyyətə nəticələr barədə vaxtaşırı ətraflı məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib.

Link kopyalandı!
Son xəbərlər