Rusiyada qəsbkar dəstə yaradan erməniəsilli MMA döyüşçüsü saxlanılıb
Dünya
137
18:17, Bu gün

Rusiyada qəsbkar dəstə yaradan erməniəsilli MMA döyüşçüsü saxlanılıb

Rusiyada MMA üzrə idman ustası Tiqran Oqanesyan Tula vilayətində saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 36 yaşlı erməniəsilli idmançı cinayətkar qrup yaratmaqda təqsirli bilinir.

Məlumata görə, Oqanesyan Şyokino şəhərindəki klubunda etnik diaspor və icmaların nümayəndələrinin daxil olduğu idman bölməsi yaradıb. Daha sonra onları quldurluq və qəsblə məşğul olmaq üçün cəlb edib.

Saxlanılan idmançıya bir neçə maddə üzrə cinayət işi açılıb.

Link kopyalandı!
Son xəbərlər