Tehranda İİV-in
Dünya
140
18:10, Bu gün

Tehranda İİV-in "üçüncü dalğası": Narkotik aludəçiləri və hamilə qadınlar arasında artım qeydə alınır

İranın Tehran şəhərinin cənubundakı Azadegan avtomagistralı rayonunda narkotik istifadəçiləri və hamilə qadınlar arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxma hallarında artım müşahidə olunur.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, virusun yayılması sosial dəstək mexanizmlərinin zəifləməsi və qorunmasız cinsi əlaqələrin artması səbəbindən sürətlənib.

Narkotik aludəçiləri arasında cinsi əlaqələrin və arzuolunmaz hamiləliklərin artması Tehranda İİV-in "üçüncü dalğası"nı formalaşdırır. Bir çox narkotik aludəçisi gecələmə üçün sığınacaq, yemək və ya geyim müqabilində cinsi əlaqəyə girir.

Mənbələrin məlumatına görə, özlərini qorumağa çalışarkən belə, insanlar yüksək yoluxma riski altında qalırlar.

Vəziyyətin pisləşməsinin qarşısını almaq üçün şəhərin bu rayonunda maarifləndirici proqramların və sosial dəstək tədbirlərinin həyata keçirilməsi zəruridir.

Link kopyalandı!
Son xəbərlər