Fransada Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi yüzlərlə qadına qarşı iyrənc hərəkətlər edib
Dünya
193
16:40, Bu gün

Fransada Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi yüzlərlə qadına qarşı iyrənc hərəkətlər edib

Fransada Mədəniyyət Nazirliyinin yüksəkvəzifəli məmuru Kristian Neqronun fəaliyyəti araşdırılır.

Moderator.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, o, yüzlərlə qadına qarşı zorakılıq etməkdə şübhəli bilinir.

Məmurun vəzifəsi nazirlikdə müxtəlif vəzifələrə namizədlərlə müsahibə aparmaq olub. Görüşlərdən əvvəl o, namizədlərə diuretiklərlə zənginləşdirilmiş çay və ya qəhvə təklif edib. Sonra isə onları tualetdən uzaq yerdə təmiz havada gəzməyə dəvət edərək, iyrənc planını həyata keçirib.

Zərərçəkənlər oxşar simptomlar barədə məlumat veriblər: titrəmə, tərləmə, başgicəllənmə və tualetdən təcili istifadə ehtiyacı. Onlar tualetdən istifadə etmək üçün müsahibəni dayandırmağı xahiş ediblər, lakin məmur həmişə imtina edib. Nəticədə, qadınlar nazirliyinin əməkdaşının yanında təbii ehtiyaclarını ödəməyə məcbur olublar ki, bu da onları utandırıb və alçaldıb.

İstintaq məmurun həmkarının onun davranışından şikayət etməsindən sonra başlayıb. Doqquz il ərzində 240-dan çox qadının nazirliyin əməkdaşının iyrənc hərəkətlərinin qurbanı olduğu vurğulanır.

Link kopyalandı!
Son xəbərlər