Bizi sosial şəbəkələrdən izləyin:
Honkonqun Tai Po şəhərindəki yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat dərc edib
"Yanğın nəticəsində zədələnmiş binalarda axtarış aparan polis əməkdaşları daha 5 cəsəd aşkar ediblər. Bununla da ölənlərin sayı 146-dan 151-ə yüksəlib ", - məlumatda deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı 13 nəfər həbs edilib. İstintaq davam edir.