Kiprdə ölən britaniyalı turistin ürəyi yoxa çıxıb
Dünya
157
14:20, Bu gün

Kiprdə ölən britaniyalı turistin ürəyi yoxa çıxıb

Kiprdə ölən britaniyalı turist Maykl Qreylinin yerli xəstəxanalardan birində ürəyi çıxarılıb.
 
Moderator.az "The Sun"a istinadən bildirir ki, bu barədə dünyasını dəyişən şəxsin həyat yoldaşı məlumat verib.
 
Onun sözlərinə görə, əri ayaqlarının qıc olması şikayəti ilə xəstəxanaya yerləşdirilib. Qəbuldan təxminən on dəqiqə sonra həkimlər Qreylinin öldüyünü deyiblər.
 
Yerli həkimlər meyiti yarıblar, lakin ölümün səbəbini açıqlamayıblar.
 
Cəsəd Böyük Britaniyaya qaytarıldıqdan sonra təkrar müayinə olunub. Müəyyən edilib ki, ölən adamın ürəyi Kiprdə çıxarılıb. Buna görə də ölümün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.
 
Hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. 
Link kopyalandı!
Son xəbərlər