Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı
Dünya
215
08:31, Bu gün

Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı

Oksford ingilis dili lüğəti "reycbeyt" (rage bait, hərfi tərcüməsi - qəzəb üçün yem, tələ) ismini 2025-ci ilin sözü elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Oksford Universitetinin "Oxford University Press" (OUP) nəşriyyatı öz saytında bildirib.
 
Nəşriyyat vurğulayıb ki, ilin sözü 2025-ci ildəki xaosun mükəmməl ümumiləşdirməsidir. Lüğət "reycbeyt"i belə müəyyən edib: bu, adətən, müəyyən veb-səhifəyə və ya sosial şəbəkəyə cəlbolunmanın artırılması məqsədilə təxribatçı və ya təhqiramiz elementlərdən istifadə etməklə qəzəb və ya hiddət yaratmaq üçün xüsusi hazırlanmış onlayn kontentdir.
 
OUP sözün populyarlığını internetdən daha şüurlu istifadə ilə izah edib.
 
Keçən il Oksford lüğəti "beynrot"u (brain rot, tərcümədə - beyin çürüməsi) ilin sözü olaraq seçmişdi.
 
Link kopyalandı!
Son xəbərlər