Hindistanda avtobus qəzası: 11 nəfər ölü, 60 yaralı
1873
30 Nov 2025 | 22:57

Hindistanda avtobus qəzası: 11 nəfər ölü, 60 yaralı

Hindistanın cənubunda yerləşən Tamilnad ştatında iki sərnişin avtobusunun qarşıdan toqquşması nəticəsində ən azı 11 nəfər, o cümlədən bir uşaq ölüb.

Moderator.az xəbər verir ki, bu barədə yerli polis rəisi məlumat verib.

Hadisə Şivaganga dairəsində baş verib. Nəticədə 60 nəfər yaralanıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, araşdırma başlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər