00:54
11°C
Bakı
Rusiya qüvvələri Dnepropetrovsk və Donetsk vilayətinə zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladislav Qayvanenko öz Teleqram kanalında məlumat verib.
O qeyd edib ki, düşmən vilayətin Vasilkivska icmasına pilotsuz təyyarələrlə, Pokrovska isə idarə olunan aviasiya bombaları ilə zərbələr endirib.
Zərbələr nəticəsində 2 mülki şəxs ölüb, 2-si isə yaralanıb. Hücum nəticəsində 5 yaşayış evi zərər görüb, bir lisey binasında isə yanğın olub.