Papa Ahmet Minguzzinin ailəsi ilə görüşəcək
Dünya
126
28 Nov 2025 | 23:32

Papa Ahmet Minguzzinin ailəsi ilə görüşəcək

Türkiyə səfəri çərçivəsində Roma Papası XIV Leo İstanbulun Kadıköy rayonunda bıçaqlanaraq qətlə yetirilən Mattia Ahmet Minguzzinin ailəsi ilə bazar günü xüsusi görüş keçirəcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, mərhumun anası Yasemin Minguzzi sosial şəbəkə hesabında yayımladığı açıqlamada görüşün “rəsmi proqramda yer alan yüksək səviyyəli xüsusi qəbul” olduğunu bildirib.

Görüşlə bağlı detalların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 15 yaşlı A. Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy bölgəsində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanaraq qətlə yetirilmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər