00:12
12°C
Bakı
Almaniyada Pumukel adlı at Ginnesin Rekordlar Kitabına düşüb.
Moderator.az xəbər verir ki, bu haqda “UPI” yazır.
Belə ki, boyu 53,6 sm olan heyvan dünyanın ən qısa atı kimi tanınıb.
Heyvanın sahibi Karola Veydemanın sözlərinə görə, o, Pumukeli 2020-ci ildə, cəmi beş aylıq olanda alıb. O zaman atın boyu 45 sm-ə yaxın idi.
Ginnesin Rekordlar Kitabının nümayəndələri ölçmələri təsdiqləyərək Pumukelin boyunun əvvəlki rekordçudan dörd sm az olduğunu bildirib.