00:31
12°C
Bakı
Britaniya hakimiyyəti milyardlarla dollarlıq büdcə kəsiri səbəbindən səfirlik binaları da daxil olmaqla, dövlətə məxsus xaricdəki əmlakları satmaq istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşr bildirir ki, ölkədə ümumi dəyəri 2,5 milyard funt sterlinq (təxminən 3,3 milyard dollar) olan təxminən 6500 xarici əmlak var.
Təşəbbüs səfirlik binaları və diplomatik mənzillər də daxil olmaqla lazımsız hesab edilən əmlakların satılmasını əhatə edir. Bu əmlakların çoxu yararsız vəziyyətə düşüb.